Fərid Qayıbov FIG prezidentliyinə namizəd oldu

Fərid Qayıbov FIG prezidentliyinə namizəd oldu

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizədlərin adları açıqlanıb.
AZXEBER.COM-un məlumatına görə, onlardan biri Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbovdur.
Digər namizəd isə FIG-in hazırkı rəhbəri olan yaponiyalı Morinari Vatanabedir.
Qeyd edək ki, yeni prezident bu il noyabrın 6-da qurumun Türkiyənin Antalya şəhərindəki 83-cü Konqressində seçiləcək.