Sakinlər bələdiyyə sədrindən şikayətləndi - Görün Ərdoğan nə etdi / VİDEO

Sakinlər bələdiyyə sədrindən şikayətləndi - Görün Ərdoğan nə etdi / VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Üsküdar rayonundakı məscid açılışı zamanı maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, yerli sakinlər Üsküdar bələdiyyəsinin sədri Hilmi Türkməndən prezidəntə şikayət edib. Sakinlər bildirib ki, bələdiyyə sədri şəhərsalma ilə bağlı verilən vədləri yerinə yetirmir.

Bu şikayətdən sonra Ərdoğan bələdiyyə sədrinin qolundan tutaraq mikrafona dəvət edib və ondan sakinlərə söz verməsini istəyib.