AVR0-2020 açılış mərasimi baş tutdu: İtaliya-Türkiyə oyunu başladı

AVR0-2020 açılış mərasimi baş tutdu: İtaliya-Türkiyə oyunu başladı

İtaliyanın paytaxtı Romada AVRO-2020-nin açılış mərasimi baş tutub.

BAKU.WS xəbər verir ki, "Olimpiko" stadionunda baş tutan açılış mərasimində ilk görüşdə Türkiyə və İtaliya yığmaları qarşılaşacaqlar.

Qardaş ölkə təmsilçiləri 4-1-4-1, İtaliya isə 4-3-3 sistemi ilə oynayacaq.

Qeyd edək ki, indiyə kimi bu iki komanda 10 dəfə qarşılaşıb. Qarşılaşmalarda İtaliyanın 7 qalibiyyəti və 3 heç-heçə qeydə alınıb.