Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı

Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

PİA.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı bu nailiyyətə Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində imza atıb.

O, bürünc medal görüşündə serbiyalı Stefan Cokiç üzərində 3:2 hesablı qələbə sayəsində olimpiadaya vəsiqəyə yiyələnib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb. (Report)