"Qazaxıstan xarici KİV-lərin gözü ilə" VI müsabiqəsi ölkə Müstəqilliyinin 30 illiyinə həsr edilib

"Qazaxıstan xarici KİV-lərin gözü ilə" VI müsabiqəsi ölkə Müstəqilliyinin 30 illiyinə həsr edilib

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstanın Baş Redaktorlar Klubu ilə birgə 6-cı “Qazaxıstan xarici KİV-lərin gözü ilə” müsabiqəsini elan edir.

2014-cü ildən başlayaraq, biz Qazaxıstan həqiqətlərinin müxtəlif aspektlərini öz materiallarında daha yaradıcı, doğru və obyektiv şəkildə işıqlandıran və bu materialları KİV-də yerləşdirən xarici müəllifləri seçirik. Təşkilatçılar VI müsabiqəni Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümünə həsr etmək qərarına gəliblər.

Müsabiqədə iştirak etmək üçün xarici KİV-lərdə 1 iyul 2021-ci il tarixindən 1 iyul 2021-ci il tarixinədək Qazaxıstan haqqında yerləşdirilən informasiya materialları qəbul edilir.

Müsabiqənin qalibləri Xarici Işlər Nazirinin Müavini, QR-nın Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsinin sədri, eləcə də Qazaxıstan Baş Redaktorlar Klubunun Prezidenti daxil olan münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Bütün işlər [email protected] elektron poçta 10 iyul 2021-ci tarixindən gec olmayaraq göndərilməlidir.

- Cənubi və Şimali Amerika;

- Avropa;

- MDB və Baltikyanı ölkələri;

- Yaxın Şərq və Afrika;

- Asiya-Sakit okean region beş bölgəsindən olan beş qalib 2021-ci ilin avqustunda Nur-Sultan, Almatı, Türkistan şəhərlərini, Borovoye kurortunu ziyarət etməklə və zəngin mədəniyyət proqramı olan Qazaxıstana səfərlə mükafatlandırılacaqlar.

Bundan başqa, xüsusi olaraq müsabiqənin laureatları üçün Qazaxıstan və xarici müəlliflər arasında uzunmüddətli əlaqələrin və əməkdaşlığın qurulmasına kömək etmək üçün Qazaxıstanın dövlət sektorunun nümayəndələri, ekspert və jurnalistləri, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil olunacaq.

Müsabiqənin nəticələrin 1 avqust 2021-ci il tarixinə qədər elan edilməsi planlaşdırır.

Müsabiqənin ötən illərdə təşkili xarici KİV-lərin Qazaxıstana, onun mədəniyyətinə, iqtisadiyyatına və insanlara artan marağını nümayiş etdirdi.

Müsabiqədə iştirak etmək üçün ətraflı tələblər və ərizə formasını aşağıdakı linkdən əldə etmək olar: https://www.gov.kz/memleket/entities/intinf/press/news/details/212652?lang=ru

“Qazaxıstan xarici KİV-lərin gözü ilə” müsabiqədə iştirak qaydaları
- Müsabiqədə iştirak etmək üçün bütün dövlətlərin vətəndaşları dəvət olunur (Qazaxıstan istisna olmaqla);

- Müsabiqənin iştirakçıları xarici mətbu, elektron və onlayn KİV-lərin ştat və ştatdankənar əməkdaşları ola bilərlər;

- Müsabiqədə iştirak etmək üçün 1 iyul 2020-ci il tarixindən 1 iyul 2021-ci il tarixinədək xarici KİV-lərdə 300-dən 3000-dək sözdən ibarət informasiya materialı/2-dən 60 dəqiqəyə qədər davam edən televiziya və ya radio reportajı, podcast yerləşdirilməlidir;

- İnformasiya materialı ingilis və ya rus dilində deyilsə, onun göstərilən dillərə və ya qazax dilinə olan tərcüməsini əlavə etmək tələb olunur;

- Doldurulmuş ərizələr materiallarla və tərcümə ilə birlikdə [email protected] elektron poçta göndərilməlidir;

- İşin mövzusu Qazaxıstana tətbiq olunan aşağıdakı 5 sahədən birini və ya bir neçəsini əhatə etməlidir: İqtisadiyyat və ticarət, mədəniyyət və ənənələr, tarix, turizm, müasir cəmiyyət, idman;

- Bütün işlər 10 iyul 2021-ci il tarixindən gec olmayaraq göndərilməlidir;

Münsiflər heyəti aşağıdakı bölgələr üzrə beş qalib seçiləcək:

- Cənubi və Şimali Amerika;

- Avropa;

- MDB və Baltikyanı ölkələri;

- Yaxın Şərq və Afrika;

- Asiya-Sakit okean regionu;