Zelenskinin ABŞ-a səfər edəcəyi vaxt açıqlandı

Zelenskinin ABŞ-a səfər edəcəyi vaxt açıqlandı

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və ölkə lideri Co Bayden ilə görüşünün keçirilməsi iyulun sonunda planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba "Ukrayna-24" telekanalının efirində bildrib.

Nazir qeyd edib: "Ukrayna prezidentinin [ABŞ-a] rəsmi səfəri iyul ayının sonlarında planlaşdırılır".

Diplomatın sözlərinə görə, səfər zamanı C.Baydenlə danışıqlar və bir sıra digər vacib görüşlər planlaşdırılır.