Putin və Zelenski görüşəcəkmi? - Kuleba açıqladı

Putin və Zelenski görüşəcəkmi? - Kuleba açıqladı

Rusiya və Ukrayna prezidentlərinin görüş yeri hələ ki, müzakirə olunmur. Razılaşdırılmış gündəm mövzuları ilə bağlı təmaslar mövcuddur.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, Putin və Zelenskinin görüşünü təşkil etmək olduqca çətindir:

“Belə bir görüşün Donbasda müharibənin sonlanacağı ilə nəticələnəcəyini görsək, o zaman prezidentlərin bir araya gəlməsi üçün səylərimi əsirgəməyəcəyəm”.