Salyanda ağır yol qəzası: Xəsarət alanlar var

Salyanda ağır yol qəzası: Xəsarət alanlar var

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara rayonu istiqamətində hərəkətdə olan minik avtomobillərindən biri digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Yardımlı rayonunun Zəngələ kənd sakinləri - 1979-cu il təvəllüdlü Ağayev Şamil Sərdar oğlu və 1989-cu il təvəllüdlü Ağayev İsmayıl Əliqismət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.