Türkiyə Azərbaycanda hərbi baza açır? - ƏRDOĞAN JURNALİSTLƏRİN SUALINA CAVAB VERƏRKƏN AÇIQLADI

Türkiyə Azərbaycanda hərbi baza açır? - ƏRDOĞAN JURNALİSTLƏRİN SUALINA CAVAB VERƏRKƏN AÇIQLADI

Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfinin gecikdirmə niyyətinin olduğunu düşünmürəm.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəni bildirib.

Zəngəzur dəhlizinin açılması barədə danışarkən Türkiyə Prezidenti qeyd edib ki, Rusiya bu məsələdə kömək etmək niyyətində olduğu görünür:

"Yaxın zamanda ikili görüş keçirəcəyik".

Bundan əlavə, Ərdoğan Türkiyənin Azərbaycanda hərbi baza yarada biləcəyi məsələsinə də aydınlıq gətirib.

Jurnalistin “Prezident İlham Əliyev Şuşa Bəyannaməsindən bəhs edərkən, bunu bir az da Qars müqaviləsinə bənzətdi. Azərbaycan ictimaiyyətində də Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına Ərdoğan cavab olaraq bildirib ki, bu məsələ açıqladıqları maddələrdən kənarda deyil:

Burada daha sonra addımlar ata bilərik. Hələlik burada daha çox sərhədlərin qaranti altına, təminat altına alınması var. Hörmətli İlham Əliyevin Putinlə keçirəcəyi görüşlər, o cümlədən, bizim keçirəcəyimiz görüşlər bu məsələni fərqli şəkildə inkişaf etdirə bilər”.

Cebhe.info


Bizi Telegramda izləyin