Azərbaycanda əcnəbi tələbələrə də təhsil krediti veriləcək?  

Azərbaycanda əcnəbi tələbələrə də təhsil krediti veriləcək?  

Azərbaycanda təhsil alan əcnəbi tələbələrə təhsil krediti verilməyəcək.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir xatırladıb ki, hələlik qaydalar tam təsdiq edilməyib:

“Amma təhsil kreditləri Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Əcnəbi tələbələrə ödənilən təqaüdlər var. Bununla bərabər onlar üçün tələbə krediti ayrılmayacaq”.