Rusiyada koronavirusdan ölənlərin sayı 128 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 128 mini ötdü

Rusiyada son sutka ərzində koronavirusa 17 262 yeni yoluxma halı qeydə alınıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 281 309 nəfərə çatıb.

Rusiyada son bir gündə 453 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 128 445 nəfərdir. İndiyədək 4 850 659 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova