"CZAR International" “SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb (R)

"CZAR International" “SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb (R)

"CZAR İNTERNATİONAL" şirkəti "SOCAR PETROLEUM" QSC ilə birgə layihəsi çərçivəsində "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

Bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məsçidi yaxınlığında yerləşən "SOCAR" YDM-in ərazisində quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər, ikinci şarj yaxın zamanda quraşdırılacaq. 20 kvt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.

Cari ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada "CZAR İNTERNATİONAL" şirkəti tərəfindən 72 şarj avadanlıqları hədiyyə olaraq "SOCAR" brendi ilə fəaliyyət göstərən bütün YDM-lərdə quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcəkdir. "CZAR İNTERNATİONAL" şirkəti layihə çərçivəsində ölkəmizdə elektrikli avtomobillərin satışını həyata keçirməklə yanaşı investisiya edərək texniki servis fəaliyyəti də, göstərəcəkdir.

Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in biri olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioritetindən irəli gələn tədbirlərə öz tövhəsini vermiş olacaqdır.

Qeyd edək ki, "CZAR İNTERNATİONAL" 2014-cu ildə Sinqapurda yaradılmış və "LİNGSTAR"-şirkətinin Azərbaycan və Gürcüstan bazarlarında eksklüziv distributorudur. "CZAR İNTERNATİONAL" nəqliyyat sektorunda və kənd təsərrüfatında eko-texnologiyaların tətbiqi ilə məşğul olan şirkətdir. Hal-hazırda şirkət Sinqapur, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərir.

//www.czar-international.com/?fbclid=IwAR2ol9TKh-TYpaMcqATLu4PqDEA151lpDZaifqEWE8YvLe9rnM5ro1vdh5k