İzləyicisini polisə şikayət etdi

İzləyicisini polisə şikayət etdi

Aktrisa Farah Zeynep Abdullahı sosial şəbəkə istifadəçisi özündən çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi saçını yaşıl rəngə boyadığı üçün onu təhqir edən izləyicisini polisə şikayət edib.

Görünüşündə dəyişiklik edərək saçını yaşıla boyayan aktrisa fotosunu sosial şəbəkədə yayımlayıb. Bəziləri onun ünvanına təriflər yazsa da, təhqir edənlər də az olmayıb. İstifadəçilərdən biri isə "Yaşıl saç nədir, Zeynep? ... olmusan" sözlərini yazıb.

Sözügedən şərh qısa zamanda izləyicilər tərəfindən paylaşılıb. Bu da Farah Zeynepi əsəbiləşdirib. O, polisə gedərək alçaldığını deyib və ölçü götürülməsini istəyib.