Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub

Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2021-ci il tarixdə Masallı şəhər Mərkəzi Xəstəxanasında pandemiya qaydalarına riayət olunmaqla 17 iyun - tibb işçilərinin peşə bayramı qeyd olunub. Tədbiri Masallı RİHB-nin müavini Aybəniz Qafarova açaraq rayon rəhbəri Şahin Məmmədovun təbrikini tibb işçilərinə çatdıraraq qeyd edib ki, son illərdə ölkəmizdə olduğu kimi rayonumuzda da səhiyyənin inkişafına diqqət və qayğı böyükdür.

Dövlətimiz insanların sağlamlığı keşiyində duran səhiyyə işçilərinə daim qayğı göstərir. Masallı səhiyyəsi Vətən müharibəsi günlərində, COVİD-19, koronavirusla mübarizədə öz sözlərini deməyi bacardılar. Odur ki, Masallı bu sahədə qabaqcıl rayonlar sırasındadır.

Tədbirdə Masallı RİH aparatının məsləhətçisi Nigar Kərimova, Mərkəzi Rayon Xəstəxanasının publik hüquqi şəxsin baş direktoru Rasim Əzizov, həkimlərdən İlqar Ramizoğlu, Zəkəriyyə Babayev və başqaları çıxışlarında həmkarlarını təbrik etmişlər.

Bir qrup fəal səhiyyə işçisinə RİHB-nin Fəxri fərmanları və mükafatlar təqdim edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV,
HƏSƏNAĞA ƏLİYEV