'Sputnik V' peyvəndini yenidən nə qədər sonra vurdurmaq olar?

'Sputnik V' peyvəndini yenidən nə qədər sonra vurdurmaq olar?

"Sputnik V"dən sonra yenidən peyvəndləmə hər il və ya iki ildən bir edilməlidir.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Oleq Qridnev bildirib.
"Sputnik peyvəndi bir və ya iki ildən bir vurulmalıdır, o zaman onun effektivliyi qorunur", - nazir müavini deyib.
Bundan əvvəl N.F.Qamaley adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq "Sputnik V" peyvəndinin hindistan və digər yeni koronavirus növlərinə uyğunlaşmayacağını bildirib. Onun sözlərinə görə, "SARS-CoV-2-nin mutasiya fəaliyyəti vəziyyətində yeni növlər üçün peyvəndlər yaratmaq yaxşı iş deyil".
"Buna görə biz fərqli bir yol tuturuq. İndi mövcud olan peyvəndin köməyi ilə yüksək titrləri saxlamaq lazımdır”, - Gunzburq deyib.
Alpər