Bu maska ilə saçlarınız daha parlaq olacaq

Bu maska ilə saçlarınız daha parlaq olacaq

Yumurta zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır. Sadəcə qidalanmanızda deyil, gözəlliyiniz üçün də bu ərzaqdan istifadə edə bilərsiniz.

Milli.Az axşam.az-a istinadən sizə saçları qidalandıraraq, uzanmasını təmin edən, eyni zamanda parlaqlaşdıran maska reseptini təqdim edir.

1 yumurtanın sarısı
1 fincan süd
1 ədəd limonun suyu
2 x.q zeytun yağı

Ərzaqları qarışdırın, saç diblərinə və uclarına çəkin. 30 dəqiqə saxladıqdan sonra yuyun.

Maskanı həftədə 1 dəfə etsəniz, qısa müddət sonra faydasını görəcəksiniz.