Ermənistanda seçici aktivliyi açıqlandı

Ermənistanda seçici aktivliyi açıqlandı

Ermənistanda saat 11:00-a olan seçici aktivliyi 12.2 faiz təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Laura Qalstyan məlumat verib.

“2.578 milyon vətəndaşın səsvermə hüququ var, onlardan 316.291 nəfəri artıq səs verib. İrəvanda seçici aktivliyi 13.9 faiz təşkil edib”, - Qalstyan bildirib.