Husilər ABŞ PUA-sını vurdu

Husilər ABŞ PUA-sını vurdu

Yəməndə ABŞ istehsalı olan “ScanEagle” pilotsuz uçuş aparatı husulər tərəfindən vurulub.

Axar.az xəbər verir ki, bu barədə “Əlməsirəh” telekanalı məlumat yayıb.

“Hava Hücumundan Müdafiə Qüvvələrimiz yer-hava tipli raket vasitəsilə ABŞ-ın “ScanEagle” PUA-sını vurub”, - məlumatda bildirilib.

PUA-nın husilərlə hökumət qüvvələri arasında şiddətli döyüşlərin getdiyi Mərib əyalətində vurulduğu da qeyd olunub.