Ermənistanda seçkilərlə bağlı saat 11-ə olan məlumatlar

Ermənistanda seçkilərlə bağlı saat 11-ə olan məlumatlar

Bu gün Ermənistanda saat 11: 00-a qədər seçici fəallığı 12,2 % olub, erkən parlament seçkilərində 316 219 nəfər iştirak edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası rəhbərinin müavini Laura Qalstyan iyunun 20-də Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumat mərkəzində söyləyib.

Xatırladaq ki, bu gün, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Bu gün keçirilən seçkidə Ermənistanın baş nazirinin də kim olacağı bəlli olacaq.