Almaniya millisində yeni rekord

Almaniya millisində yeni rekord

Almaniya millisinin futbolçusu Kai Haverts yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna ötən gün Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçda nail olub. 22 yaşlı yarımmüdafiəçi görüşdə fərqlənməklə millinin Avropa çempionatları tarixində qol vuran ə gənc oyunçusu adını qazanıb.

Qeyd edək ki, sözügedən matç Almaniyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.