"Azərbaycan və Türkiyənin arzu və təkliflərinin arxasında bu dəfə güc də var" - Ekspert

"Azərbaycan və Türkiyənin arzu və təkliflərinin arxasında bu dəfə güc də var" - Ekspert

“Azərbaycan-Türkiyə münasibətləri Qarabağ zəfərini yaşatdı. Qarabağ zəfəri isə Azərbaycan-Türkiyə münasibətlərini yeni müstəviyə daşıdı”.
Bunu “Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Ekspert bildirib ki, Ermənistandan və dəstəkçilərindən fərqli olaraq Azərbaycan və Türkiyə başqalarına ərazi iddiası irəli sürmür:
“Hər iki ölkə beynəlxalq hüquqa və mehriban qonşuluğa əsaslanan münasibətlər sistemi təklif edirlər. Bu dəfə arzuların və təkliflərin arxasında güc də var. Təklifə qoşulanlar qazanclı çıxacaq. Rədd etməkdə və yanlış davranmaqda israr edənlər isə Ermənistan kimi itirməyə məhkumdurlar”.