3 əsr sonra “lənətli” gəminin qalıqları tapılıb

3 əsr sonra “lənətli” gəminin qalıqları tapılıb

1679-cu ildə ABŞ-ın Miçiqan gölündə ilk səyahətində batan və “lənətli” olaraq bilinən “Griffin” adlı gəminin qalıqları itkin düşdükdən üç əsr sonra tapılıb.
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki,bu gəmi fransız kəşfiyyatçılar Robert Cavelier və Sieur de La Salle tərəfindən göllərdən Çin və Yaponiyaya bir yol tapmaq üçün düzəldilmişdi.
Lakin gəmi ilk səyahətində yoxa çıxır. Gəminin qalıqlarını illərdir Şimali Amerikanın böyük göllərini araşdıran Steve Libert və həyat yoldaşı Kathie Libertin tapıb. Gəmi ilə bağlı ən maraqlı rəvayətlərdən birinə görə, ABŞ yerli sakinləri Griffin gəmisini lənətləyirlər. Iroquois peyğəmbəri Metiomek fransız kəşfiyyatçı və xəz taciri La Salleyə deyir: “Diqqətli olun! Bulud kimi qaranlıq sizin üzərinizdədir. Qızıldərilinin lənəti sənin və gəminin üzərindədir. Dərin sulara qərq olacaqsınız ”.
Sözügedən gəmi elə müəmmalı şəkildə yoxa çıxır, lakin yalnız La Salle sağ qalır. 1687-ci ildə bir gəmi səfərində La Salle öldürülür və insanlar bunu da lənətin bir hissəsi olduğunu hesab edirlər.