Antalya Diplomatiya Forumunun qonaqları Anadolu agentliyinin stendini ziyarət ediblər

Antalya Diplomatiya Forumunun qonaqları Anadolu agentliyinin stendini ziyarət ediblər

Anadolu agentliyinin Antalya Diplomatiya Forumu çərçivəsində qurduğu stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, agentliyin nəşrlərinin sərgiləndiyi stend Forumda iştirak edən media təmsilçilərinin və digər iştirakçılarının görüş məkanına çevrilib. Agentliyin əməkdaşları stendin yaxınlığındakı lövhə qarşısında iştirakçılardan müsahibələr alıb, Antalya Diplomatiya Forumunun məqsəd və nəticələrini dünya ictimaiyyətinə çatdırıblar.

Stenddə sərgilənən “Atatürkdən Ərdoğana dövlət başçılarımız”, “1920-2020: Türkiyənin 100 ili”, “Türkiyə və dünya yüz ili”, “Türkiyənin ağ qitə səyahəti: Antarktida” və digər nəfis tərtibatlı nəşrlər iştirakçılara hədiyyə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya