ABŞ-da bir gecədə iki atışma: Ölən və yaralananlar var

ABŞ-da bir gecədə iki atışma: Ölən və yaralananlar var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində iki atışma baş verib.

Axar.az xəbər verir ki, baş verən hər iki atışma nəticəsində azı iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Birinci atışma yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 22:30) olub. Hadisə yerinə gələn polislər iki kişini və üç yaşlı uşağı yaralı vəziyyətdə aşkarlayıblar. Kişilər xəstəxanada ölüblər, uşağın vəziyyəti sabit qiymətləndirilir.

İkinci hadisə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 03:30-da) olub. Atışma nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti sabitdir.