Mənzilini 34 milyona satdı - FOTOLAR

Mənzilini 34 milyona satdı - FOTOLAR

Amerikalı aktyor-ssenarist Metyu Perri Los-Ancelesdəki lüks penthausunu satıb.

Unikal.org "People" nəşrinə istinadən xəbər verir ki, iki qonaq, dörd yataq, səkkiz vanna otağı və şəhərə dörd terrası olan mənzili aktyor 20 milyon dollar (təxminən 34 milyon manat) qarşılığında yeni sahibinə verib.

Qeyd edək ki, 51 yaşlı Perri bu mənzili 2017-ci ildə də eyni qiymətə almışdı.