Ermənistanda müxalifət liderinin maşınında güllə izləri aşkarlandı

Ermənistanda müxalifət liderinin maşınında güllə izləri aşkarlandı

İyunun 20-də səhər saatlarında Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən biri Arman Babacanyan avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir.

“AzPolitika.info” xəbər verir ki, bu haqda o, yerli mediaya açıqlamasında deyib. Siyasətçi özü ilə bağlı hər şeyin qaydasında olduğunu deyib. Babacanyan maşını evin yaxınlığında saxladığını, amma güllə ya da başqa səs eşitmədiyini söyləyir.

Onun lideri olduğu blok siyasi mübarizəyə müdaxiləni hiddətlə qınadığını bəyan edib, insidenti bloka, onun liderlərinə, demokratik seçki prosesinə qarşı cinayət kimi dəyərləndirib.

Blok hüquq-mühafizə orqanlarından mümkün qədər tez zamanda cinayətkarların tapılmasını və cəzalandırılmasını tələb edir.

Polis hadisəni araşdırdığını bildirir.

“AzPolitika.info”