2026-cı ilədək 5G şəbəkələrinə qoşulmaların sayı 3,5 milyardı ötəcək

2026-cı ilədək 5G şəbəkələrinə qoşulmaların sayı 3,5 milyardı ötəcək

2021-ci ilin sonunadək 5G şəbəkələrinə qoşulmaların sayı 2 dəfə artacaq. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda göstərici 580 milyona yaxınlaşır.

2026-cı ilədək isə bu göstərici 3,5 milyardı ötəcək. Bu barədə telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson” şirkəti məlumat verib. Mütəxəssislərin sözlərinə görə, hazırda 5G rabitəsinin ən yüksək nüfuzetmə səviyyəsi Çin daxil olmaqla Şimal-Şərqi Asiyada müşahidə olunur. Bu göstərici üzrə ikinci yeri Şimali Amerika tutur. Analitiklərin proqnozuna görə, sonuncu 2026-cı ilədək abunəçilərin 84%-nin beşinci nəsil şəbəkələrinə qoşulması sayəsində liderliyə yüksələcək.