Samur-Abşeron kanalında 23 yaşlı oğlanın meyitinin tapılma görüntüləri - YENİLƏNİB + VİDEO

Samur-Abşeron kanalında 23 yaşlı oğlanın meyitinin tapılma görüntüləri - YENİLƏNİB + VİDEO

Samur-Abşeron kanalında 23 yaşlı oğlanın meyitinin tapılma görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə xilasedicilərin meyiti sudan çıxarması əks olunub.

Həmin görüntüləri təqdim edirik:

13:03

Fövqəladə Hallar Nazirliyinə Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin suda batması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Onlar 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.