Qvineya yığması Tokyo-2020-də iştirakdan imtina etdi

Qvineya yığması Tokyo-2020-də iştirakdan imtina etdi

Bakı. Trend:

Qvineya yığması koronavirus pandemiyası səbəbiylə Tokio Olimpiadasına qatılmayacaq.

Trend-in "Agence France-Press"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin idman naziri Sanussi Sou deyib.

S.Sou bildirib: "COVID-19-a yoluxmaların sayının artması səbəbindən və Qvineyalı idmançıların sağlamlığından narahat olan hökumət ölkənin Tokio Oyunlarında iştirakından imtina etmək qərarına gəlib".

Qeyd edək ki, Tokyo-2020 Yay Olimpiya Oyunlarının açılışı iyulun 23-ü baş tutacaq. Qvineyanı yarışlarda 5 idmançı təmsil etməli idi.