Mahir oynadı, "Legiya" qalib gəldi

Mahir oynadı, "Legiya" qalib gəldi

Milli komandamızın hücumçusu Mahir Emreli Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun çıxış etdiyi "Legiya" (Polşa) yarışın 2-ci təsnifat mərhələsində Estoniya çempionu "Flora" ilə qarşılaşıb.

Varşavada keçirilən oyun "Legiya"nın qələbəsi ilə başa çatb - 2:1. Start heyətdə meydana çıxan Mahir 56-cı dəqiqədə əvəzlənib.

"Legiya" (Polşa) - "Flora" (Estoniya) - 2:1
Qollar: Kapustka, 3 (1:0), Sappinen, 53 (1:1), Lopes, 90+1

Komandalar arasında cavab matçı iyulun 27-də Estoniyada keçiriləcək.

Xatırladaq ki, M.Emreli üçün 1-ci təsnifat mərhələsi uğurlu olub. O, "Budyo Qlimt"lə (Norveç) oyunlarda 2 qol vurub, 1 qolun isə ötürməsini edib.