Bu gün Tokio Olimpiadası çərçivəsində kişilər arasında futbol üzrə yarışlar keçiriləcək

Bu gün Tokio Olimpiadası çərçivəsində kişilər arasında futbol üzrə yarışlar keçiriləcək

İyulun 22-də Tokio Olimpiadası çərçivəsində kişilər arasında futbol üzrə yarışlara start veriləcək.

AZƏRTAC xəbər verir ki, Oyunların rəsmi açılış mərasimi iyulun 23-nə planlaşdırılsa da, ənənəyə görə bəzi idman növləri üzrə yarışlar artıq başlayıb.

Xəbər verdiyimiz kimi, qadınlar arasında softbol və futbol üzrə yarışlar iyulun 21-də baş tutub. İyulun 22-də isə kişilər arasında futbol üzrə ilk görüşlər keçiriləcək.

Həmin gün “A” qrupunda Meksika-Fransa və Yaponiya-CAR oyunları baş tutacaq. Hər iki oyun Tokio Olimpiya stadionunda keçiriləcək.

“B” qrupunda Yeni Zelandiya-Cənubi Koreya və Honduras-Rumıniya komandaları qarşılaşacaqlar. Bu oyunlar “Kaşima” stadionunda olacaq.

“C” qrupunda Misir-İspaniya və Argentina-Avstraliya oyunları keçiriləcək. Həmin komandalar “Sapporo Doum” stadionunda baş tutacaq.

“D” qrupunda isə Kot-Divuar – Səudiyyə Ərəbistanı və Braziliya-Almaniya komandaları qarşılaşacaqlar. Bu oyunlar isə Yokohama stadionunda olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio