Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Nəbi Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

N.Kərimovun hansı şəraitə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.