Bakının Suraxanı rayonunda məişət tullantıları yanıb

Bakının Suraxanı rayonunda məişət tullantıları yanıb

Suraxanı rayonu, Hövsan qəsəbəsində məişət tullantıları yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Zığ şosesi yaxınlığında toplanmış məişət tullantıları yanıb.

Yanğın FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq qısa müddətdə söndürülüb.