Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

Kaspersky özünün yeni həlli – fövqəladə halların təhlili üçün hazırlanan Kaspersky Neural Networks sistemini təqdim edir. Bu həllin istifadəsi təbii fəlakətlər, çox sayda insanların toplaşdığı kütləvi tədbirlər və meqapolis yollarında böyük sıxlıqlar zamanı əlverişli olacaq. Məlumatların təhlili neyron şəbəkələrinin köməyilə real vaxt rejimində pilotsuz uçan aparatın (PUA) göyərtəsində aparılır.

Kaspersky Neural Networks sistemi üç əsas tapşırığın icrası üçün nəzərdə tutulub:

• çətin şəraitli ərazilərdə itmiş insan, heyvan və obyektlərin axtarışı;

• havadan çəkilən fotoların istifadəsi ilə fövqəladə hallar zamanı dəymiş zərərin qiymətləndirilməsi;

• geodeziya, kartoqrafiya və kadastr fəaliyyətləri üçün vacib məlumatların təhlili, həmçinin yollarda hərəkətin təşkili.

Sistemin unikallığı ondadır ki, o, havada olan bir neçə PUA-dakı məlumatları real vaxt rejimində təhlil edə və onları bir neçə operator üçün vahid interfeysdə nümayiş etdirə bilir. Bu da öz növbəsində hər hansı hadisəyə göstərilən reaksiyanın sürətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Sistemin yaradıcılarına görə, o, ilk növbədə Azərbaycanın Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün aktual olacaqdır. Hadisənin təhlilinə və insanların axtarışına köklənən sistem, kənd təsərrüfatı müəssisələri, inşaat və sənaye şirkətləri üçün etibarlı bir köməkçi qismində çıxış edə bilər.

“Kompüter izləməsinə əsaslanan intellektual texnologiyalar bu gün Azərbaycanda müxtəlif sahələr üçün aktualdır. Məsələn, ölkənin şimalında davamlı olaraq daşqınlar baş verir, sel körpüləri və evləri yuyur. Müəyyən ərazilərin çətin şəraiti isə hadisələrin bütöv mənzərəsinin tez bir zamanda əldə edilməsini çətinləşdirir. Zərərin vaxtında qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün belə bir həllin böyük köməyi ola bilər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. "Bundan əlavə, neyron şəbəkələri və kompüter izləməsinə əsaslanan bir həll, şübhəsiz ki, sürətlə inkişaf edən Bakının nəqliyyat sistemi və onun şəhərətrafı infrastrukturla birləşdirilməsi üçün aktual olacaqdır".


Kaspersky Neural Network subasmadan əziyyət çəkən obyektləri müəyyən və təsnif edir

Rusiyanın PUA istehsal edən “Albatros” şirkəti ilə əməkdaşlıq çərçivəsində Kaspersky Neural Networks həlli artıq “Albatros M5” markalı pilotsuz hava aparatı və “Albatros D1” markalı sənaye kvadrokopterinə quraşdırılıb.

Sistemin hazırlanması zamanı mütəxəssislər məhdud görmə şəraitində kiçik obyektlərin aşkarlanması texnologiyalarına xüsusi diqqət yetiriblər. Məsələn, təbii fəlakətlər zamanı əsas tapşırıqlardan biri yalnız sağ qalmış binaları tapmaq deyil, həm də təsərrüfat tikililərini yaşayış binalarından ayırd etmək və su basmış ərazidəki obyektlərin konsentrasiyasını müəyyən etməkdir.

Təsvirin emalı üçün maşın öyrənmə texnologiyalarının tətbiqi obyektlərin təhlili zamanı ani reaksiya imkanı yaradır. Məsələn, Kaspersky Neural Networks-un sınaqlarından birində minlərlə görüntü çətin relyefli ərazi və cihazın məhdud hesablama gücü fonunda cəmi bir neçə dəqiqə ərzində emal edilib.

Kaspersky-nin neyron şəbəkələri hər dəfə nəticələri təkmilləşdirərək daha çox məlumat əldə edə bilir. Həll on minlərlə görüntü üzərində sınanıb və insanları, evləri, avtomobilləri, heyvanları və digər əşyaları qruplara görə tanıya və təsnif edə bilir. Eyni zamanda, məlumatların işlənməsi həm PUA-nın göyərtəsində, məsələn M seriya "Albatros" pilotsuz aparatında, həm də uçuşun sonunda serverdə və ya noutbukda aparıla bilər.

İnterfeys şəklləri burda:
https://box.kaspersky.com/d/f84abd51838e4da2899a/

Proqram quraşdırılan təyyar və kopterin şəkilləri burda:
https://www.alb.aero/catalog/bpla-multirotornogo-tipa/albatros-d1/
https://www.alb.aero/catalog/bpla-samoletnogo-tipa/albatros-m5/