Rəqqasə Oksana görün kimə ƏRƏ GEDİB

Rəqqasə Oksana görün kimə ƏRƏ GEDİB

"Həyatda elə bilmişəm ki, sevmişəm, dəli-divanəyəm. Amma yenə də xoşbəxtlik olmayıb. Bəlkə xoşbəxtlik indiki halımdır. Ailən sağlam, salamat, ətrafında gözəl insanlar olsun. Sənin dayağın olsun".

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova aktrisa Zümrüd Qasımovanın "Dönə bilsəm" proqramında deyib. Sənətçi kimliyini gizli saxladığı həyat yoldaşından bəhs edib:

"Həyat yoldaşım mənim 12 illik dostumdur. Əgər 12 il əvvələ qayıtsaydım, yenə onu seçərdim. Dostum oldu, amma onu görmədim. Sonra anladıq ki, bir-birimizi sevmişik. İndi ikimiz də deyirik ki, niyə 12 il əvvəl sevmədik bir-birimizi?". Qeyd edək ki, Oksananın bu nikahdan Osman adlı övladı var.