Deputat: “Çip” yerləşdirilən şəxsdən mütləq icazə alınmalıdır

Deputat: “Çip” yerləşdirilən şəxsdən mütləq icazə alınmalıdır

"Müxtəlif qabaqcıl dövlətlərin bir sıra mütəxəssisləri iddia edirlər ki, insanları idarə etmək üçün onlara koronavirus əleyhinə peyvəndlər vasitəsilə maye şəkilli "çip"lər yerləşdirilir. Hər kəs də bu şişirdilmiş söhbətlərə inanır. Hələ indiyə qədər belə bir məsələ ilə bağlı heç vaxt cinayət işi açılmayıb".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli peyvənd vasitəsilə insanların bədəninə “çip” yerləşdirilməsi iddiası ilə bağlı danışarkən deyib.

Deputat hesab edi ki, belə təxribatlarla məşğul olan yoxdur, hamısı, sadəcə, şayiədir: "Bədənə hansısa şəkildə "çip" yerləşdirilməsi qanunla nəzərdə tutulmayıb. Bu üsuldan, sadəcə, xəfiyyə orqanlarında bir sıra məqsədlər üçün istifadə edilir. Ümumiyyətlə, "çip" yerləşdirilən şəxsdən mütləq icazə alınmalıdır. Əks halda, bu, cinayətdir. Belə olan halda, həmin vətəndaş mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir, çünki çox ciddi hadisədir. Belə ittiham olarsa, tibb müəssisələrində dəqiqləşdirmə aparmaq mümkündür. Çox böyük ittihamdır".

Nəzrin Cavid