Yaqub Zurufçunun harada dəfn olunacağı sabah müəyyənləşəcək

Yaqub Zurufçunun harada dəfn olunacağı sabah müəyyənləşəcək

"Dəfn yeri ilə bağlı dəqiq məlumatımız yoxdur, ancaq sabah bu barədə nəsə deyə bilərik".

Bunu Cia.az-a açıqlamasında Yaqub Zurufçunun baldızı Məlahət xanım deyib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, əməkdar artistin harda dəfn olunacağına ailəsi qərar verəcək.

Qeyd edək ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.