“Rosselxoznadzor” Azərbaycanın 11 müəssisəsindən Rusiyaya alma idxalına icazə verib

“Rosselxoznadzor” Azərbaycanın 11 müəssisəsindən Rusiyaya alma idxalına icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın 11 müəssisəsindən bu ölkəyə alma idxalına icazə verib.

AZƏRTAC xidmətin saytına istinadla xəbər verir ki, ölkəmizdə alma istehsal edən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə görə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında sentyabrın 14-dən etibarən Azərbaycanın 11 müəssisəsindən bu məhsulun Rusiyaya ixracına icazə verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva