Bakıda birmərtəbəli ev yanıb

Bakıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend- əverilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.