ABŞ Milli Kəşfiyyatı ölkə üçün əsas təhlükələri AÇIQLADI

ABŞ Milli Kəşfiyyatı ölkə üçün əsas təhlükələri AÇIQLADI

Beynəlxalq terror qruplarından ABŞ-a əsas təhlükə Yəmən, Somali, Suriya və İraq kimi ölkələrdən gəlir və Əfqanıstan bu siyahıda çox uzaqdadır.

Bu sözləri ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns dilə gətirib:

“Biz siyahının başında Əfqanıstanı proiritet hesab etmirik”.

Eyni zamanda, o izah edib ki, Vaşinqton üçün Əfqanıstan artıq ABŞ daxilində hücumlar edə biləcək terrorçuların sığınacağı olaraq narahatlıq üçün əsas səbəb olmasa da, ABŞ kəşfiyyat xidmətləri hələ də terrorçu qruplaşmaların ölkədə mövqelərini bərpa etmə ehtimalına görə vəziyyəti yaxından izləyir.

Bununla yanaşı, Heyns ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə Vaşinqtonun ölkə daxilində kəşfiyyat toplama qabiliyyətinin azaldığını etiraf edib: “Buna hazırlaşmalıyıq və açığını deyim ki, kifayət qədər uzun müddətdir hazırlaşırıq”.

ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri daxili terrorizmi də “artan və həyəcan verici bir təhlükə” adlandırıb. Kəşfiyyat xidmətləri üçün digər prioritetlər arasında o Çinə qarşı mübarizəni, yeni texnologiyaların inkişafına sərmayə qoymağı, iqlim dəyişikliyi kimi uzunmüddətli sabitliyi pozan tendensiyalarda təcrübə toplamağı və özəl sektorla tərəfdaşlıq qurmağı da sıralayıb.

Mənbə: “Bloomberg”