Kataliz və Qeyri-üzvi Kimya İnstitutu: “Chemical Problems” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu: “Chemical Problems” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və professor Akif Əliyevin həmtəsisçi olduqları “Chemical Problems” jurnalı 2021-ci ilin sentyabr ayından “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, jurnal 2003-cü ildən nəşr olunur və indiyə qədər nəşrdə 2 mindən artıq elmi məqalə dərc olunub.

“Chemical Problems” jurnalı 2009-cu ildən “Chemical Abstract” elmi informasiya bazasında referatlaşdırılır. Qeyd etmək lazımdır ki, jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, “Kimya problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilib. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr” Web of Science” bazasında indeksləşib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOI alıb.

“Chemical Problems” jurnalı 2015-ci ildən “РИНЦ” və RSCI Rusiya indeksləşmə bazalarının nüvəsinə daxildir. RSCI – eLibrary və “Web of Science” platforması arasında bağlanmış müqaviləyə əsasən yaradılıb.