Azərbaycan erməni əsilli vətəndaşlarını yenidən reinteqrasiya etmək əzmindədir - XİN başçısı

Azərbaycan erməni əsilli vətəndaşlarını yenidən reinteqrasiya etmək əzmindədir - XİN başçısı

"Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir".

BAKU.WS Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bunu nazir Ceyun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı bildirib.

"Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərimizdəndir. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir", - deyə XİN başçısı əlavə edib.