Moped sürücülərindən sürücülük vəsiqəsi tələb oluna bilər VİDEO

Moped sürücülərindən sürücülük vəsiqəsi tələb oluna bilər VİDEO

Kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tətbiq oluna və onlardan A1 sürücülük vəsiqəsi tələb edilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təkliflər hazırlayıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında beynəlxalq konvensiyada kiçik həcmli motorlu mopedlər qeyri- mexaniki nəqliyyat vasitələri hesab olunduğundan onlar üçün sürücülük vəsiqəsi nəzərdə tutulmur. Ancaq buna baxmayaraq, qonşu Rusiya da daxil olmaqla dünyanın əksər ölkələrində bu nəqliyyat vasitələri ilə bağlı hüquqi tənzimlənmə mövcuddur.

Son vaxtlar mopedlərlə kuryer fəaliyyəti göstərən sürücülərin tez-tez yol hərəkəti qayalarını pozmasının şahidi oluruq.Bəziləri işıqforun qırmızı işığından keçir, bəziləri də yollarda digər avtomobillər üçün qəza şəraiti yaradırlar.

Ərşad Hüseynov deyir ki, kiçik həcmli motorlu mopedlərin dövlət qeydiyyat nişanı və sürücülərinin sürücülük vəsiqəsi olduğu təqdirdə bu kimi halların qarşısı alınacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan dəyişikliklərin tezliklə həll olunması yol polisi əməkdaşlarının işini asanlaşdırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi baxımından da olduqca vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: