Baş nazirdən Makrona istehza:

Baş nazirdən Makrona istehza:

İngiltərənin Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makrona AUKUS müdafiə ittifaqına görə küsməyi dayandırmağı və özünü toparlamasını tövsiyə etdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Məlumata görə, bu sözlər Consonun ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı səsləndirilib.

“Düşünürəm ki, ən əziz dostlarımızın küskünlüyünü dayandırıb özlərini toparlamasının vaxtıdır. AUKUS-un yaradılması beynəlxalq təhlükəsizliyin inkişafı yolunda böyük addımdır”, - baş nazir deyib.

Nəşr Consonun bununla Fransa liderinə istehza etdiyini yazıb.

Qeyd edək ki, sentyabrın 16-da ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS adlı hərbi ittifaqın qurulduğu elan edilib. Avstraliya bundan sonra Fransa ilə 90 milyard dollarlıq hərbi sazişi ləğv edib. Fransa baş verənlərə görə, müttəfiqlərini xəyanətdə günahlandırıb.