ABŞ-da anbarlarda neft ehtiyatlarının azaldığı açıqlandı - QİYMƏTLƏR ARTIR

ABŞ-da anbarlarda neft ehtiyatlarının azaldığı açıqlandı - QİYMƏTLƏR ARTIR

ABŞ Energetika Nazirliyindən verilən məlumata görə, ABŞ-da kommersiya (satış üçün) xam neft ehtiyatları son bir həftə ərzində 3,481 milyon barrel azalaraq 413,964 milyon barel təşkil etmişdi.

Marja xəbər verir ki, analitiklər ehtiyatların 2,45 milyon barel azalacağını gözləyirdilər. Beləliklə, azalma analitiklərin proqnozunu da üstələyib.

Bakı vaxtı ilə saat 20:23-də Londonda ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 1,95% artaraq 75,80 dollar/barelə, WTI nefti 2% artaraq 71,91 dollar/baelə çatıb.