Məktəblərdə tədrisin təşkili ilə bağli yeni qərarlar verilib VİDEO

Məktəblərdə tədrisin təşkili ilə bağli yeni qərarlar verilib VİDEO

Nazirlər Kabineti orta məktəblərdə tədrisin təşkili ilə bağli yeni qərarlar qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, qərarlara əsasən ənənəvi tədrisin tam bərpa olunduğu məktəblərdə bu gündən kitabxana və idman zallarının fəaliyyəti bərpa olunub, sosial məsafə azaldılıb. Bundan başqa, şagirdlər parta arxasinda öz yoldaşları ilə birgə əyləşə biləcəklər.

Artıq bütün şagirdlər həftənin 5 günü məktəbə gedəcəklər, distant təhsil isə ümumiyyətlə olmayacaq.

Şagirdlər pandemiya qaydalarına əməl etməklə kitabxana və idman zallarının xidmətlərindən də yararlana biləcəklər.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müvini Orxan Abbasov tətbiq edilən digər qərarlara da aydınlıq gətirib.

Orxan Abbasov bildirib ki, şagirdlər sinif otaqlarında olan dezinfeksiyaedici vasitələrdən tez-tez istifadə etməlidirlər. Məktəblilərdən fərqli olaraq, müəllimlərin maskadan istifadə etməsi mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: