Dünyanın ən seksual qadın idmançısı Moda Həftəsinə qatılır

Dünyanın ən seksual qadın idmançısı Moda Həftəsinə qatılır

Almaniyalı idmançı Alisa Şmidt Milan Moda Həftəsində çıxış edəcək.

Milli.Az xəbər verir ki, bu haqda informasiyanı "sport-express.ru" saytı yayıb.

Mənbə yazır ki, dünyanın ən seksual qadın idmançısı seçilən 22 yaşlı Şmidt İnstagram izləyicilərinə "Hugo Boss"un modeli qismində olacağını deyib.

Xatırladaq ki, o, Almaniya milli komandasının tərkibində 2020 Tokio Olimpiadasının iştirakçısı olub, ancaq qarışıq və qadın estafetində starta çıxmayıb.

Milan Moda Həftəsi 21-27 sentyabr tarixlərində keçiriləcək.