Cəlilabadda yaşayış evi əşyaları ilə birlikdə yandı

Cəlilabadda yaşayış evi əşyaları ilə birlikdə yandı

Cəlilabadda yaşayış evi tamamilə yanıb. Rayonun Çünəxanlı kəndində Akif Yavər oğlu Ağayevə məxsus ev yanıb. Küləkli hava şəraiti yanğını daha da alovlandıraraq birmərtəbəli evin əşyaları ilə birlikdə yanmasına səbəb olub.

Hadisə yerinə FHN əməkdaşları və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və söndürülüb.

Faktla bağlı araşdırma aparılır.