Bayden və Makron oktyabrın sonunda görüş keçirəcəklər

Bayden və Makron oktyabrın sonunda görüş keçirəcəklər

Bakı. Trend:

Fransa prezidenti Emanuel Macron və amerikalı həmkarı Cozef Bayden telefon danışığı aparıblar.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat verib.

Liderlər iki ölkə arasında etimadın qurulması üçün şərait yaratmağa yönəlmiş geniş ikitərəfli məsləhətləşmə prosesinə başlamaq qərarına gəliblər.

Danışıqlar zamanı iki dövlət başçıları, həmçinin, Avstraliya, İngiltərə və ABŞ-ı da əhatə edən yeni təhlükəsizlik ortaqlığının (AUKUS) yaradılmasını müzakirə ediblər.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.