Ərdoğan: “ABŞ öhdəliklərini yerinə yetirmədi”

Ərdoğan: “ABŞ öhdəliklərini yerinə yetirmədi”

“Ölkəmizin əfqan məcburi köçkünlərini qəbul etməyə gücü yetməz”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin CBS telekanalına verdiyi müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, ABŞ miqrasiya məsələsində öhdəliklərini yerinə yetirməyib:

“Hazırda ABŞ bu cür öhdəliklərini yerinə yetirməyib. Ölkəmizdə qeyri-qanuni məskunlaşmış 300 mindən çox əfqan məcburi küçkünü var. “Ölkəmizin əfqan məcburi köçkünlərini qəbul etməyə gücü yetməz”.

ABŞ-nin Əfqanıstandan çəkilməsinə də toxunan Ərdoğan, “ABŞ niyə 20 ildir oradadaır, bunun cavabını birinci özünə verməsi laızmdır”, – deyə qeyd eidb.